Tokio-2020: Bir cüdoçumuz 1/2 finalda
Cüdoçumuz İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sportline.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Akira Sone ilə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.