Tokio-2020: Boksçumuz məğlub oldu

Tokio Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Tayfur Əliyev mübarizəyə ilkin mərhələdən başlayıb. Onun rəqibi vyetnamlı Duonq van Nquyen olub. Əliyev ilk raundu noqdauna düşməsinə baxmayaraq, 5 hakimdən 4-ü ona qələbə verib. İkinci raundda bütün hakimlər Nquyeni fərqləndirib. Üçüncü raundda isə 5 hakimdən 3-ü Azərbaycan təmsilçisinin üstün döyüşdüyünü bildirib.

Yekunda 3 hakim vyetnamlı, 2-si azərbaycanlının xeyrinə qərar verib. Bununla da Nquyen 3:2 hesabı ilə qalib gələrək, 1/16 finala yüksəlib. Rəqibinə hakimlərin qərarı ilə uduzan Əliyev isə mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün azərbaycanlı digər boksçulardan Lorenso Sotomayor (69 kq) gürcüstanlı Əsgərxan Mədiyevlə, Məhəmməd Abdullayev (+91 kq) bruneyli Denis Latıpovla üz-üzə gələcək.