Tokio-2020: Bu gün daha 4 idmançımız mübarizə aparacaq
Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qatılacaq.
Sportline.az xəbər verir ki, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq.
Yarışın ikinci günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək.
Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.
Tokio-2020
25 iyul
Stend atıcılığı
05:00. Təsnifat. Emin Cəfərov
İdman gimnastikası
05:00. Təsnifat. Marina Nekrasova
Boks
63 kq
08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)
Cüdo
66 kq
06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)
Qeyd edək ki, ilk gündə qüvvəsini sınayan 10 idmançıdan 8-i mübarizəni dayandırıb.