Tokio-2020: Gimnastımız çıxışını başa vurdu

Tokio-2020-də idman gimnastikasında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, bu gün qadınların yarışında təmsilçimiz Marina Nekrasova mübarizəyə qoşulub. Birinci yarımqrupda yer alan idmançımız müxtəlif hündürlüklü qollar (10.833, hazırda 65-cidi), gimnastika tiri (12.266, hazırda 47-cidi), xalça üzərində sərbəst (12.000, hazırda 56-cıdı) və dayaqlı tullanmada (12.666, hazırda 16-cıdi) yarışıb. Nekrasova ümumilikdə 48.232 xal toplayıb və çoxnövçülük sıralamasında indilik 55-ci sırada qərarlaşıb.

Hazırda beşinci yarımqrupda mübarizə davam edir. Fərdi şəkildə final etapına vəsiqə qazanmaq üçün "səkkizliy"ə, çoxnövçülükdə mərhələ adlamaq üçün isə "ilk 24-lüy"ə düşmək lazım gəldiyindən, Nekrasovanın Olimpiada ilə vidalaşdığını deyə bilərik.