Tokio-2020: İdmançımız mübarizəyə qələbə ilə başladı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Sportline.az xəbər verir ki, L qrupunda yer alan 23 yaşlı idmançı vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib - 21:18. 

O, sabah danimarkalı rəqibi ilə qarşılaşacaq.