Tokio-2020: İslam Abbasov uğursuzluqla üzləşdi
Yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq imkanını itirib.
Sportline.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 final mərhələsində məğlub edən kubalı Daniel Heçavarria növbəti raundda misirli Məhəmməd Metvalliyə uduzub.
Beləliklə, Abbasov təsəlliverici görüşə qatılmaq şansını da əldən verib və olimpiadada mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan qadın güləşçi Elis Manolova (68 kq) Tokio-2020-ni medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da olacaq.