Tokio-2020: Rafiq Hüseynov erməniyə rəqib oldu, Manolova mükafatsız qaldı
Güləşçimiz Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Sportline.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.
Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Görüş bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.