Tokio-2020: Ramil Quliyev finaldan kənarda qaldı
Türkiyəni Tokio-2020-də təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev 200 m məsafəyə qaçış yarışının yarımfinal mərhələsindəki çıxışını tamamlayıb.
Sportline.az xəbər verir ki, Ramil üçüncü yarımfinal qrupunda yarışıb.
Məsafəni 20.31 saniyəyə tamamlayan 31 yaşlı atlet 8 nəfər arasına 6-cı olub və finala vəsiqə qazana bilməyib. Reqlamentə görə, yarımfinal qruplarını ilk iki sırada tamamlayanlar həlledici mərhələyə yüksəlirlər. Ramilin qrupunda Kanada idmançısı Andre de Qrasse birinci və Kennet Bednarek (ABŞ) isə ikinci olub.
20.31 saniyə Ramilin cari mövsümdəki ən yaxşı nəticəsidi.
Qeyd edək ki, Quliyev 200 m məsafəyə qaçışda dünya (2017) və Avropa çempionudu (2018).