Tokio-2020: Rüstəm Orucovun bürünc medal imkanı var

Bu gün Tokio-2020-də kişi cüdoçuların 73 kq çəki dərəcəsində də mükafatçılar.

Sportline.az xəbər verir ki, bu çəki dərəcəsində Azərbaycanı bayraqdarımız Rüstəm Orucov təmsil edir. 

29 yaşlı idmançının ilk görüşü 1/16 finala təsadüf edib. O, bu mərhələdə ROK-u (Rusiya Olimpiya Komitəsi) təmsil edən Musa Moquşkovu  məğlub edib. Qalib qızıl xalla müəyyənləşib. Rüstəm vazari ilə rəqibini üstələməyi bacarıb. 

Orucov 1/8 finalda Somon Maxmadbekovla (Tacikistan) qarşılaşıb. Bu dəfə də rəqibinə vazari ilə qalib gələn Rüstəm 1/4 finala yüksəlib.

Yarımfinala gedən yolda idmançımızın rəqibi Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib. Daha təcrübəli rəqib ippon fəndi ilə qələbə qazanaraq, yarımfinala adlayıb. Orucov isə təsəlliverici görüşlərə qatılacaq. Onun mərhələdə ilk rəqibi kosovolu Akil Gjakova olacaq.