Tokio-2020: Taekvondoçularımız üçün olimpiada bitdi
Azərbaycanın teakvondoçularının Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışı uğursuz alınıb.
Sportline.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqanini 1/4 finalda məğlubiyyətə uğradan Nikita Rafaloviç yarımfinalda Saleh Elşarabatiyə (İordaniya) uduzduğundan idmançımızın bürünc medala olan ümidi də puça çıxıb.
Azərbaycanın qadın teakvondoçusu Fəridə Əzizova da Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.
67 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlubiyyətə uğradan Peyc Makferson (ABŞ) finala adlaya bilməyib.
O, yarımfinalda Matea Jeliclə (Xorvatiya) bacarmayıb.
Beləliklə, Əzizova Tokio-2020-ni medalsız başa vurub.