Tokio-2020: Üzgüçülərimiz mübarizəni dayandırdılar
Üzgüçülərimiz Olimpiya oyunlarında mübarizəni dayandırıblar.
Sportline.az xəbər verir ki, qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.
Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib.
Digər idmançımız Maksim Şemberev isə, 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb.
Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub. O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.
Şemberev təsnifat mərhələsini 26-cı sırada bitirib.