"Tottenhem"in yetirməsi "Turan Tovuz"da
Premyer Liqaya hazırlaşan “Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edir.
Sportline.az xəbər verir ki, komanda ingiltərəli Natan Oduva ilə razılaşıb.
Ötən mövsüm “Şamaxı”da çıxış etmiş 26 yaşlı yarımmüdafiəçi komandanın Tiflisdəki düşərgəsindədir. Oduva ilə Bakıda müqavilə imzalanacaq.
Qeyd edək ki, Natan Oduva “Tottenhem”in yetirməsidir. O, İngiltərənin U-17, U-18 və U-20 millilərində də çıxış edib.