Tottinin oğlu La Liqada

Françesko Tottinin oğlu Kristian İspanyanın “Rayo Valekano” klubu ilə müqavilə bağlayıb.
 
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, “Frazinone”dən icarə əsasında cəlb olunan 18 yaşlı hücumçu karyerası ilə bağlı qərarı mövsümün sonunda verəcək.

Kristian “Rayo”nun aşağı yaş komandasında çıxış edəcək.

Xəbərdə bildirilir ki,Totti də oğlunun ilk məşq prosesində iştirak edib.

Qeyd edək ki, Kristian Totti bu mövsüm çıxdığı 5 görüşdə 1 qolla yadda qalıb.