"Trabzonspor" klubu 29 yaşlı cinah hücumçusu ilə yollarını ayırmaq qərarına gəlib

"Trabzonspor" klubu 29 yaşlı misirli cinah hücumçusu Mahmud Trezeqe ilə yolları ayrımaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "bordo-mavilər" uzun müddətdir futbolçunun komandadan getməsi ilə bağlı düşündüklərini və yekun qərara fgəldiklərini bildiriblər. 

"Trabzonspor" klubu futbolçu çün gələn ilk təklifi qəbul edəcəklərini bildiriblər. 

Qeyd edək ki, Mahmud Trezeqe bu mövsüm "Trabzonspor" forması ilə çıxdığı 13 matşda 4 qol, 2 asistlə yadda qalıb.