"Trabzonspor" klubu müdafiə xəttini gücləndirmək istəyir
"Trabzonspor" klubu müdafiə xətti üçün perulu futbolçunu transfer etmək istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Qaradəniz təmsilçisi heyyətini 23 yaşlı sağ cinah müdafiəçisi Oliver Sonniylə gücləndirmək niyyətindədir.
Danimarka liqasının "Silkeborq" klubunda çıxış edən futbolçu ilə transfer barədə danışıqlar başlayıb.
Qeyd edək ki. 23 yaşlı sağ cinah müdafiəçisi Oliver Sonni bu mövsüm 21 görüşdə meydana çıxıb və 2 qol, 3 asistlə yadda qalıb.