"Trabzonspor"da yarpaq tökümü

Türkiyə Super liqasında çıxış edən "Trabzonspor" klubunda 2 futbolçunun ayırlacağı bildirilib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradəniz fırtınası" Anastasios Bakasetas və Abdülkadir Ömürün komandadan ayrılacağını bildirib. 

Klub rəsmiləri "Panatinaikos"un  Bakasetas üçün rəsmi təklif göndərdiyini və iki tərəfli razılıq ələd olunduğu bildirilib. Abdülkadir Ömür üçün isə "Başakşəhər", "Pendikspor" və "Hall Siti" klublarının təklif göndərdiyi deyilib. 

Qeyd edək ki, Anastasios Bakasetas "Trabzonspor"la çıxdığı 122 oyunda 33 qol, 24 asistlə yadda qalıb.