"Trabzonspor"un futbolçusu İtaliya klubunun radarına düşüb

"Trabzonspor" Şimali Makedoniyalı futbolçusu Enis Badri üçün "Torino"dan təklif alıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün Türkiyə klubuna 5 milyon avro təklif edib.

2023-2024-cü il mövsümündə "Trabzonspor"un heyətində 42 matça çıxan 28 yaşlı futbolçu 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədər olan Bardi Qaradəniz təmsilçisində ilinə 1,3 milyon avro qazanır.

Qeyd edək ki, Enis Bardi 11 avqust 2022-ci ildə "Levante"dən 3 milyon avro qarşılığında heyətə cəlb olunub.