Tükiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Super Liqa komandalarından "Pendikspor" baş məşqçi İbrahim Üzülməzlə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

50 yaşlı çalışdırıcı mövsümün ikinci dövrəsindən İstanbul klubuna rəhbərlik edirdi.

Qeyd edək ki, Türkiyə çempionatında mövsümü 19-cu pillədə tamamlayan "Pendikspor" elitanı tərk edib.