Tuqay Kərimoğlu qayıtdı

"Qalatasaray", "Blekbern" və Türkiyə millisinin sabiq üzvü Tuqay Kərimoğlu məşqçilik karyerasını bərpa edib. SportLine.az xəbər verir ki, yaxın keçmişin məşhur futbolçusuna Türkiyə 1-ci Liqasında yarışan "Şanlıurfaspor"un sükanı həvalə olunub. Bu mövsüm 2 mütəxəssislə yollarını ayıran klub rəhbərliyi Tuqay Kərimoğlu ilə 1 il yarım müddətinə anlaşma imzalayıb. Qeyd edək ki, "Şanlıurfaspor" 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.