“Turan Tovuz”dan növbəti transfer

“Turan Tovuz” yeni transfer gerçəkləşdirib.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

“Turan”ın yetirməsi olan yarımmüdafiəçi Cavid Tağıyevlə bir illik müqavilə bağlanıb. Vaxtilə milli komandamızın da şərəfini qorumuş 30 yaşlı futbolçu “Səbail”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.