"Turan Tovuz"dan növbəti transfer
Yeni mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Turan Tovuz" növbəti transferini həyata keçirib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub Vüsal Məsimovu transfer edib. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb. O, komandanın heyətində 1-ci divizionda 2019/20 mövsümündə qızıl, 2020/2021 mövsümündə isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, V.Məsimov son olaraq “Kəpəz”də oynayıb.