Terimi söyməyin cəriməsi açlqlandı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin Tvitterdə onu təhqir edən istifadəçi barədə məhkəmədə qaldırdığı şikayətə baxılıb.

Sportline.az xəbər verir ki, şikayətə İstanbul məhkəməsində baxılıb. Hakimlərin qərarına əsasən, təhqirin Ünal Y. Adlı istifadəçi tərəfindən edildiyi sübuta yetirilib və o, 740 lirə məbləğində (214 manat) cərimələnib.

2016-cı ildə Ünal Y. Tvitterdə Fatih Terim barəsində “Çox g.. adamsan, vəssalam” ifadəsini işlədib. Bundan sonra məşqçi vəkili vasitəsi ilə həmin şəxsi məhkəməyə verib.