Türk firmasının Rusiyadakı proyekti ləğv edildi

Siyasi gərginlik səbəbilə Rusiyanın Türkiyəyə embarqoları davam edir. Artıq türk fimasının Moskvadakı stadion proyekti də ləğv olunub. 

SportLine.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb. Xəbərdə "Dinamo Moskva" tərəfindən sifariş edilən "VTB Bank Stadium" layihəsinin Rusiya hökumətinin göstərişi ilə dayandırıldığı bildirilib. 

Qeyd edək ki, layihənin dəyəri 30 milyon avro məbləğində idi.