Türkiyə klubu argentinalı ulduz futbolçu ilə maraqlanır

Türkiyə nəhəngi "Qalatasaray" argentinalı udluz futbolçu Paulo Dibala üçün təklif göndərməyə hazırlaşır. 

Sportline.az Aspor.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" Saşa Boeyin transferindən əldə etdiyi gəlir ilə 3 futbolçunu heyətinə qtmaq istəyir. 

"Qalatasaray" Paulo Dibalanı transfer etmək istəsə də İtaliya klubu futbolçunun satılmadığını bidlirib. 

Qeyd edək ki, "sarı-qırmızılar" müdafiə və hücum xəttini gücləndirmək niyyətindədirlər.