Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyənin "Kayserspor" klubu baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Super Liqada çıxış edən Kayseri klubu Recep Uçarla qarşılqlı olaraq yolları ayırmaq qərarına gəlib.

"Kayserispor" klubu baş məqşçiyə gələcək karyerasında uğurlar arzulayıb və bütün gördüyü işlər üçün təşəkkür edib. 

Qeyd edək ki, Recep Uçar bu mövsüm "Kayserispor" klubu ilə 21 matçda 9 qələbə 10 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalıb.