Türkiyə klubu Nemanya Matiçlə maraqlanır

Türkiyə nəhənglərindən olan "Beşiktaş" serbiyalı futbolçunun transferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa liqasında mübarizə aparan "Reen" klubunun 35 yaşlı futbolçusu karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.

Serbiyalı yarımmüdafiəçinin meneceri Türkiyəyə gələcək və tərəflər arasında razılıq əldə olunacağı təqdirdə futbolçunun keçidi gerçəkləşəcək. 

Qeyd edək ki, Nemanya Matiç karyerası ərzində "Çelsi", "Mançester Yunayted", "Roma" və "Benfika" klublarının şərəfini qoruyub.