Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub

Super Liqa komandalarında "Samsunspor"un yeni baş məşqçisi bilinib.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda almaniyalı mütəxəssis Tomas Reisə həvalə olunub.

Klubdan verilən açıqlamada müqavilənən 1+1 illik imzalandığı bildirilib.

Qeyd edək ki, son olaraq "Şalke 04" komandasında çalışan Tomas Reis daha əvvələr "Bohum"un əsas, ikinci  və qadın komandasına rəhbərlik edib.