Türkiyə nəhəngi Avropa klublarını qabaqlayıb

Türkiyə nəhəngi göstərdiyi nəticə ilə Avropa nəhənglərini arxada qoyub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 32 matçda doğma meydana məğlubiyyət üzü görməyən "Qalatasaray" Avropa klublarını qabaqlayaraq 1-ci pillədə qərarlşaıb. 

Son dəfə 2022-ci ildə "Giresunspor"a məğlub olan "sarı-qırmızlar" geri qalan bütü oyunlarda qalib gəlib. 2 dəfə isə heç-heçə edib. Ümumilikdə doğma meydanda məğlubiyyətsizlik seriyasını 32-yə yüksəldən "Qalatasaray", "Liverpul"(26), "Mançester Siti" (25), "Atletiko Madrid" (25), "Real Madrid" (19) kimi klubları geridə qoyub.

Qeyd edək ki, "Qalatasaray" növbəti görüşünü "Kasımpaşa" ilə keçiriəcək. Hazırda liqada fasilə olduğundan "sarı-qırmızlar" Antalyaya təlim məşq toplanışına yollanıblar.