Türkiyə nəhəngi müdafiə xəttini gücləndirmək niyyətindədir
Türkiyə nəhəngi 32 yaşlı argentinalı futbolçu üçün "Sevilya" ilə danışıqlara başlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Anxelinyo ilə yolları ayrımaq istəyən "Qalatasaray" Markos Akunanı icarə əsasında transfer etmək qərarına gəlib.
"Sevila" klubunun rəsmiləri Türkiyə nəhənginin təklifini bəyənəcəyi təqdirdə keçidə icazə verəcəyini bildirib.
Qeyd edək ki, Markos Akuna bu mövsüm çıxdığı 13 görüşdə 2 asistlə yadda qalıb.