Türkiyə nəhənginin qapıçısı zədələndi

“Fənərbağça”nın qapıçısı Harun Tekin zədələnib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin “Fatih Karagümrük”lə yoxlama matçı zamanı  almacıq sümüyü sınıb. Oyunçu xəstəxanaya yerləşdirilib.

Harunun sabah əməliyyət keçirəcəyi bildirilib.

Qey edək ki, 2017-ci ildən Türkiyə millisinin üzvü olan Harun Tekin “Fənərbağça”ya 2018-ci ildə “Bursaspor”dan keçib.