Türkiyə və Rusiya klublarını ayıracaqlarmı?

Türkiyə və Rusiya arasındakı gərgin siyasi vəziyyət futbolsevərləri belə bir sualla narahat edir: Bu ölkələrin komandalarının UEFA bayrağı altında keçirilən yarışlardakı aqibəti necə olacaq? Daha dəqiq desək, Rusiya və Türkiyə təmsilçiləri "Avro-2016", Çempionlar Liqası və Avropa Liqasının növbəti püşkatmalarında ayrı-ayrı qrup və cütlərdə yer alacaqmı?

UEFA-nın mətbuat xidmətinə ünvanlanan suallara bu gün cavab verilib. Qitənin ali futbol qurumundan bildirilib ki, sözügedən məsələ ilə bağlı hələlik heç bir dəyişiklik yoxdur. Çox güman ki, bununla bağlı hər hansı qərar dekabrın əvvəllərində Avrokubokların qrup mərhələsindən sonra açıqlanacaq.