Türkiyəli futbol mütəxəssisləri "Beşiktaş"ı tənqid atəşinə tutublar

Türkiyə mediası və futbol mütəxəssisləri "Beşiktaş" klubunu tənqid ediblər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş"ın "Pendikspor"la  görüşdə 0-4 hesabı ilə məğlub olması azarkeşlərin ümidlərini qırıb.

Futbol mütəxəssiləri "Beşiktaş" haqqında danışarkən :"Bu komandaya Mourinyonu və ya Pep Qvardiolanı da gətirsəniz xeyri yoxdur. Türkiyə nəhənlərindən olan klubun gəldiyi son nöqtəyə baxın. "Fənərbağça" və "Qalatasaray" qələbə uğrunda mübarizə aparır, "Beşiktaş" isə böyük hesabla "Pendikspor"a məğlub olur. Kulub rəsmiləri istefa verib getməlidir",-deyiblər.

Qeyd edək ki, 4-0 hesabı ilə qalib gələn "Pendikspor" 19 xalla 19-cu pillədə qərarlaşır. "Beşiktaş" 35 xalla ilk 4-yü qapayır.