Türkiyəli futbolçu PSJ-nin radarına düşüb

"Beşiktaş" forması uğurlu mövsüm keçirən Semih Kılıçsoy bir çox Avropa nəhənginin transfer siyahısındadır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, gənc futbolçunun adı son olaraq PSJ klubu ilə hallanıb.

Mənbənin xəbərinə görə fransa klubu 18 yaşlı futbolçunu Avropa Çempionatında izləyəcək.

Qeyd edək ki, Semih bu mövsüm Türkiyə klubunun heyətində çıxdığı 35 oyunda 12 qol və məhsuldar ötürmə ilə yadda qalıb.