Tyaqo Mottadan qələbə şərhi
"Yuventus"un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasının Liqa mərhələsində "Leypsiq" üzərindəki qələbədən danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis komandasının 3-2 hesablı qalibiyyətini layqili adlandırıb.
"Biz oyuna yüksək əhvalda yollanmışdıq. Qələbəyə də layiq idik. Xeyrimizə olan vəziyyətlərdən lazımınca yararlandıq. Oyundan da, nəticədən də razıyıq", - deyə Motta sualı cavablandırıb.
Qeyd edək ki, "Yuventus" ötən gecə keçirilən oyunda 1-2 hesabı ilə geridə olsa da, matçı qələbə ilə bitirməyi bacarıb.