UEFA Çempionlar Liqasının favoriti açıqlandı
UEFA Çempionlar Liqasının yeni formatının favoriti açıqlanıb.
Sportline.az xəbər verir ki, nüfuzlu "Goal" portalı İngiltərənin "Arsenal" komandasının imkanlarını daha yüksək qiymətləndirir.
Londonlular iki turdan sonra ən şanslı komanda hesab olunur.
Qeyd edək ki, ilk turda "Atalanta" ilə heç-heçə oynayan (1-1) "topçular", ikinci turda PSJ-yə qalib gəliblər (2-0).
Mikel Artetanın komandası hazırda 4 xalla 13-cü yerdə qərarlaşıb.