UEFA-nın direktoru istefa verdi

UEFA-nın direktoru Zvonimir Boban vəzifəsindən istefa verib.

Sportline.az xəbər verir ki, bu haqda ali futbol qurumunun rəsmi səhifəsi məlumat yayıb.

Tərəflərin qarşılıqlı razılaşma əsasında ayrıldığı bildirilir.

2021-ci ildə UEFA-ya dəvət olunan Bobanın bir sıra layihələrin reallaşdırılmasında xidməti olub.

Xatırladaq ki, xorvat mütəxəssis 2016-2019-cu illərdə FİFA-nın baş katibinin müavini olub.