UFC-nin döyüşü təxirə salındı
UFC-nin orta divizionunun reytinqində 4-cü olan Cared Kanonyenin (17-6) Roman Dolidze (12-2) ilə döyüşü təxirə salınıb.
Sportline.az xəbər verir ki bu haqda Submission Radio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, amerikalı MMA döyüşçüsünün medial kollaterial bağlarında qırıq aşkarlanıb.
Qeyd edək ki, Kanonye Dolidze ilə dekabrın 2-də UFC Fight Night 233 turniri çərçivəsində üz-üzə gəlməli idi.