Uğur Özdəmir: "Sonda oyuna ortaq olsaq da, artıq gec idi"

Azərbaycan Basketbol Liqasının 3-cü turunda "Sabah"a 87-99 hesabı ilə məğlub olan "Xırdalan" klubunun türkiyəli baş məşqçisi Uğur Özdəmir klubun mətbuat xidmətinə matç haqqında fikirlərini bölüşüb.

Sportline.az həmin açıqlamaları təqdim edir:

"Oyuna müdafiə olaraq çox pis başladıq. Sərt oynaya bilmədik və rəqib bizi yaxşı cəzalandırdı. Hakimlərə oyunun əvvəlində etdiyim etirazlar oxşar epizoda görə fərqli qərarların olması ilə bağlı idi. Oyunun əvvəlində fərqin böyük olmasının səbəblərindən biri də bu idi.

Fasilədə komandama məşq zamanı icra etdiyimiz bir neçə kombinasiya və müdafiə aspektində bəzi məsələləri xatırlatdım. Daha sərt müdafiə oyunu oynamağımız lazım idi ki, bunu reallaşdırdıq. Amma periodun sonunda gənc oyunçularımızın üst-üstə 4 top itkisi ilə üstünlük yenidən rəqibə keçdi.

Ümumiyyətlə fasilədən sonrakı hissəni yaxşı oynadıq. Xüsusilə yaxşı müdafiə olunub, hücumda effektiv olmağı bacardıq. Bizim kimi ehtiyatı az olan komanda üçün belə gedişatlı matçlarda toparlanıb, oyuna geri dönməyi bacarmaq önəmli məqamlardandır. Sonda oyuna ortaq olduq, amma artıq gec idi".