Uğurcan Çakır yenidən yaşıl meydanlara qayıdacaq
"Trabzonspor"un təcrübəli qapıçısı Uğurcan Çakır yenidən yaşıl meydanalara qayıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradənizlilər"in qolkiperi zədəsini sağaldıb və komanda ilə məşqlərə başlayıb.
Komandanın baş məşqçisi Abdullah Avcı "Fənərbağça" ilə görüşdən öncə qolkiperin zədəsini sağaltmasının komandaya çox böyük kömək olacağını bildirib.
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbağça" görüşü martın 17-də keçiriləcək.