Uimbldon: Yannik Sinnerdən daha bir inamlı qələbə
Londonun yaşıl kortlarında mövsümün "Böyük dəbilqə" seriyalı üçüncü yarışı olan "Uimbldon" turniri davam edir.
Sportline.az xəbər verir ki, turnirin favoritlərindən sayılan Yannik Sinner ikinci görüşündə də azarkeşlərini sevindirib.
Bu tur avstraliyalı Aleksandr Vukiçlə qarşılaşan italiyalı idmançı statusunu təsdiqləməkdə elə də çətinlik çəkməyib.
Vukiç yalnız üçüncü setdə ciddi müqavimət göstərməyə çalışsa da istyinə nail ola bilməyib və görüş gözlənildiyi kimi dünya reytinqində 1-ci olan Sinnerin qələbəsi ilə yekunlaşıb. 6-1, 6-1, 6-3.