Ulduz futbolçudan bəd xəbər

"Yuventus"un futbolçusu Danilo 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, zədə səbəbindən bu müddətdə oyunlara çıxa bilməyəcək.

"Qoca Sinyora" Danilonun sol budun biseps əzələsinin zədələndiyi barədə məlumat verib.

Braziliyalı futbolçu ilk olaraq oktyabrın 22-də "Milan"la qarşılaşmada iştirak etməyəcək.