Ulduz futbolçunun yeni klubu
Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.
Sportline.az xəbər verir ki, o, bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib.
35 yaşlı forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.
Qeyd edək ki, Suares 1998 - 2006-cı illərdə də bu komandada çıxış edib. O, Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona" ilə "Atletiko"da oynayıb.