Ulduz futbolçuya şok cəza
Adı qanunsuz mərc oyunlarında hallanan Faciolinin cəzası müəyyənləşib.
Sportline.az "Sky Sport Italia"ya istinadla xəbər verir ki, "Yuventus"un üzvü 7 ay müddətinə futboldan kənarlaşdırılıb.
Artıq Turin prokurorluğu gənc oyunçunun cəzasına razılıq verib. Facioli ən tez gələn ilin mayında yaşıl meydanlara qayıda biləcək.