"Valensiya" baş məşqçisini istefaya göndərdi

İspaniya "La Liqa"sında baş məşqçi istefası reallaşıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "Valensiya" klubunun çalışdırıcısı Nuno Espirito Santo vəzifəsindən kənarlaşdırılıb.  Çempionatın 13-cü turunda "Sevilya" ilə görüşdəki məğlubiyyət onun istefasına səbəb olub. 

Oyundan sonra keçirilən mətbuat konfransında bu barədə məlumat verən Santo, "Klub rəhbərliyi ilə görüşdük. Belə qənaətə gəldik ki, komandada vəziyyət yaxşı deyil və mən getməliyəm. "Valensiya" kimi klubda işlədiyim üçün xoşbəxtəm. Futbolçulara və azarkeşlərə minnətdaram", - deyib.

Qeyd edək ki, Nuno Espirito Santo ötən ildən "yarasalar"ı çalışdırırdı.