Van Bronkhorst keçmiş tələbəsini "Beşiktaş"a gətirmək istəyir
Növbəti mövsümün hazırlıqlarına start verən "Beşiktaş" ilk transferini "Reyncers" klubundan etməyi planlayır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, yeni baş məşqçi Van Bronkhors Şotlandiya klubunda bir yerdə çalışdıqları Tom Laurensinin transfer edilməsini tələb edib.
Xəbərdə Türkiyə klubunun yaxın günlərdə futbolçu üçün rəsmi təklif göndərəcəyi deyilir.
Uelsli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 32 oyunda 3 qol vurub, 3 asist edib.
Qeyd edək ki, Qiovanni Van Bronkhorst 2021-2022-ci illərdə "Reyncers" klubuna rəhbərlik edib.