Vedat Muriç yenidən Türkiyə Super liqasında çıxış edə bilər
Kosovalı futbolçu Vedat Muriç yenidən Türkiyə Super liqasında çıxış edə bilər.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "Qalatasaray"ın 29 yaşlı hücumçunu 6 aylıq icarə əsasında transfer etmək istəyir.
Hazırda "Malyorka" klubunun şərəfini qoruyan Vedat Muriç də "sarı-qırmızlar"da oynamaq istədiyini deyib.
Qeyd edək ki, Vedat Muriç bu mövsüm çıxıdığı 15 matçda 4 qol, 2 asistlə yadda qalıb.