Verner Almaniya klubunu tərk edə bilər
Ötən mövsümü "Tottenhem"də icarə əsasında keçirən almaniyalı hücumçu Timo Verner bu yay klubda ayrıla bilər.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, MLS-in "Nyu York Red Bulls" klubu Verneri transfer etmək üçün hərəkətə keçib.
29 yaşlı futbolçu müqavilə əsasında Almaniyanın "Leipziq" klubuna məxsusdur.
Qeyd edək ki, Vernerin dəyəri 7 milyon avrodur. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 1 qol 3 asistlə yadda qalıb.