Vinsent Abubakar karyerasını Amerikada davam etdirə bilər

"Beşiktaş" klubunun hücumçusu Vinsent Abubakar karyerasını Amerika liqasında davam etdirə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Los Ancels Qalaksi" klubu  kamerunlu futbolçu üçün "Beşiktaş" rəsmiləri ilə görüşüblər. 

Vinsent Abubakar isə Amerika klubunun təklifi geri çevirib və hazırda Avropa klublarında çıxış etmək istədiyini bildirib. 

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm çıxdığı 22 matçda 11 qol, 3 asistlə yadda qalıb.