Vlahoviç "Yuventus"u tərk edəcək - Yeni dayanacaq İspaniyadır
"Yuventus"un forvardı Duşan Vlahoviç yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Barselona" serbiyalı forvardı azad agent kimi heyətinə qatmaq istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Vlahoviç cari mövsüm meydana çıxdığı 17 matçda 6 qol, 2 asistlə yadda qalıb.