"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinə star verilib.
Sportline.az xəbər verir ki, birinci oyun günündə rapid növündə ilk üç tur oynanılıb.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov iki qələbə, bir heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov iki qarşılaşmada bərabərliyə razılaşıb, üçüncüdə isə uduzub.
Aydın Süleymanlı hər üç görüşündə məğlub olub, Abdulla Qədimbəyli isə bir heç-heçə ilə kifayətlənib.
"Vüqar Həşimov Memorialı-2022"
I tur
Abdulla Qədimbəyli - Rauf Məmmədov - 0:1
Van Hao (Çin) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Semuel Şenklend (ABŞ) - Aydın Süleymanlı - 1:0
Nodirbek Abdusattorov (Özbəkistan) - Valeho Pons (İspaniya) - 1:0
Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan) - 1:0
II tur
Valeho Pons (İspaniya) - Riçard Rapport (Rumıniya) - 1:0
Şəhriyar Məmmədyarov - Semuel Şenklend (ABŞ) - 0,5:0,5
Rauf Məmmədov - Qukeş Dommaracu (Hindistan) - 1:0
Aydın Süleymanlı - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1
Abdulla Qədimbəyli - Van Hao (Çin) - 0:1
III tur
Riçard Rapport (Rumıniya) - Aydın Süleymanlı - 1:0
Semuel Şenklend (ABŞ) - Abdulla Qədimbəyli - 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) - Şəhriyar Məmmədyarov - 1:0
Van Hao (Çin) - Rauf Məmmədov - 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) - Valeho Pons (İspaniya) - 0:1
Qeyd edək ki, yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir. Rauf Məmmədov 5 xalla ikinci sıradadır. ABŞ-dan olan Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla növbəti pillələrdə qərarlaşıblar. Rumıniyanı təmsil edən Riçard Rapport, Şəhriyar Məmmədyarov və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.